logo

İran yeni pilotsuz uçuş aparatını təqdim edib

20:56 27-08-2019 | icon 2779
İran yeni pilotsuz uçuş aparatını təqdim edib

İran yeni pilotsuz uçuş aparatını təqdim edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, millii istehsal olan uçuş aparatı 670 kq ağırlığındadır və 120 kq silah-sursat daşımaq imkanına malikdir.

İran Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, saatda 900 kilometr məsafəni qət edə bilən aparat yeni texnologiyaya əsasən müasir cihazla təchiz olunub və radarlardan yayına bilir.

Yeni pilotsuz uçuş aparatı İran ordusunun istifadəsinə verilib.