Yanvarın 26-da İsrailin paytaxtı Tel-Əvivdə keçirilən cüdo üzrə Qran-Pri turnirinin üçüncü günündə qadın cüdoçumuz İrina Kinderskaya (+78) finala yüksəlib.
YeniAvropa xəbər verir ki, idmançımız qızıl medal uğrunda görüşdə ukraynalı Yelizaveta Kalanina ilə qarşılaşacaq.
Digər cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokauri (+100 kq) bürünc medal uğrunda döyüşəcəklər.