logo

Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə oynadı

20:57 25-01-2019 | icon 3094
Teymur Rəcəbov dünya çempionu ilə heç-heçə oynadı

Yanvarın 25-də “Tata Steel Masters 2019” turnirinin 11-ci turunun oyunlarına yekun vurulub.

YeniAvropa xəbər verir  ki, bu turda Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu, norveçli Maqnus Karlsen ilə oyunu heç-heçə başa vurub. Şəhriyar Məmmədyarov isə hindistanlı Santoş Qucrati Viditə məğlub olub.