logo

Dünya çempionatında ölkəmizi 11 parataekvondoçu təmsil edəcək

14:12 25-01-2019 | icon 3080
Dünya çempionatında ölkəmizi 11 parataekvondoçu təmsil edəcək

Parataekvondo üzrə Azərbaycan yığma komandası fevralın 5-6-da Antalyada keçiriləcək dünya çempionatına hazırlaşır.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK)YeniAvropa-ya bildiriblər ki, idmançılarımız təlim-məşq toplanışını Azərbaycan Taekvondo Federasiyasının idman zalında davam etdirirlər.

Dünya çempionatında ölkəmizi baş məşqçi Fərid Tağızadənin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Sadiq Həmidov, Emin Nüsrəddinov, İmaməddin Xəlilov (hər üçü 61 kq), Elimxan Manafov, Nicat Müslümov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hamısı 75 kq), Vüsal İsmayılov, Vüqar Adışirinov (hər ikisi 75 kq-dan yuxarı), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) təmsil edəcəklər.

AMPK-nın prezidenti İlqar Rəhimov, vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, baş katib Kamal Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev milli komandanın üzvləri ilə görüşüblər. Komanda üçün yaradılan şərait, məşqlərin gedişi ilə tanış olan federasiya rəsmiləri millimizin ötən illər ərzində qazandıqları nəticələri qeyd edərək, parataekvondoçularımızın dünya çempionatında da uğurla mübarizə aparacaqlarına əminliklərini bildiriblər.

İ.Rəhimov Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərovun taekvondonun inkişafına göstərdiyi qayğı və dəstəyi xüsusi vurğulayaraq təşəkkürünü bildirib.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev dünya çempionatı haqqında məlumat verərək komandaya daim dəstək olacaqlarını vurğulayıb.