logo

Ana öz böyrəyini qızına bağışlayıb

17:31 22-01-2019 | icon 16548
Ana öz böyrəyini qızına bağışlayıb

Respublika Müalicəvi Diaqnostika Mərkəzində uğurlu böyrəkköçürmə əməliyyatı aparılıb. Mərkəzdən YeniAvropa-ya verilən məlumata görə, əməliyyat böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın dediyinə görə, 28 yaşlı xəstəyə öz böyrəyini bağışlayan anası bütün tibbi göstəricilərə görə marginal, yəni standartlara uyğun olmayan donor olub. Lakin buna baxmayaraq klinika mütəxəssislərinin birgə səyi nəticəsində əməliyyat uğurla başa çatıb. Xəstə və donor tamamilə yaxşı vəziyyətdə evə göndəriliblər.