logo

Qusarda avtoqəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

14:49 22-01-2019 | icon 3892
Qusarda avtoqəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Qusar şəhərində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

YeniAvropa xəbər verir  ki, yanvarın 21-i axşam saatlarında Qusar rayonunun İmamqulukənd kənd sakinləri Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub.

Toqquşmadan sonra idarəetməni itirən E.Aslanxanov avtomobillə yaxınlıqda olan şəhər sakinləri Samir Salmanov, İdris Seyfullayev və Kamran Sədiyevi vurub.

Nəticədə S.Salmanov hadisə yerində ölüb. Digər 2 piyada isə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən bildirilib ki, yaralıların hər ikisi reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.