Sərbəst güləş üzrə Azərbaycan yığması yeni ilin hazırlıqlarına start verib. Millimizin ilk təlim-məşq toplanışını ölkə xaricində - Mahaçqalada təşkil olunub.
YeniAvropa xəbər verir ki, komandamız baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi ilə hazırlıq keçirlər.
Yerli güləşçilərlə birgə baş tutan toplanış yanvarın 20-dək davam edəcək. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün təşkil olunan təlim-məşq toplanışı başa çatdıqdan sonra yığmamız bir sıra yarışlarda iştirak edəcək.