logo

Üçqat Olimpiya çempionu yaponiyalı qadın güləşçi karyerasını başa vurub

19:58 08-01-2019 | icon 3206
Üçqat Olimpiya çempionu yaponiyalı qadın güləşçi karyerasını başa vurub

Yaponiyalı qadın güləşçi, üçqat Olimpiya çempionu Saori Yoşida karyerasını bitirdiyini bildirib.

YeniAvropa xəbər verir  ki,  36 yaşlı S.Yoşida “Twitter”dəki səhifəsində bu barədə yazıb: “Mən 33 illik karyerama son qoyuram. Dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm”.

O, 2004-cü, 2008-ci və 2012-ci illərdə keçirilən Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində çempion olub. On üç dəfə dünya çempionu, 4 dəfə Asiya oyunlarının qalibi adını qazanan S.Yoşida bu göstərici üzrə həm qadınlar, həm də kişilər arasında mütləq rekord müəyyən edib.