logo

Azərbaycan “KiViN-2019” XXX Beynəlxalq yubiley festivalında təmsil olunacaq

13:36 08-01-2019 | icon 5488
Azərbaycan “KiViN-2019” XXX Beynəlxalq yubiley festivalında təmsil olunacaq

Yanvarın 12-dən 25-dək Soçidə Şən və Hazırcavablar Klubu komandalarının XXX Beynəlxalq yubiley festivalı (“KiViN-2019”) keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Şən və Hazırcavablar Klubu komandalarının Beynəlxalq festivalında iştirak etmək üçün Rusiyanın onlarla şəhərindən 600-də çox iştirakçı, həmçinin Azərbaycan, Estoniya, Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan və digər ölkələrin komandaları qeydiyyatdan keçiblər.

Festival çərçivəsində yanvarın 13-dən 17-dək komandaların müsabiqə baxışının ilk turu keçiriləcək. İlk mərhələdə Şən və Hazırcavablar Klubunun yüksək liqa və premyer-liqasının komandaları çıxış edəcəklər. İkinci turun yanvarın 19-20-də keçirilməsi nəzərdə tutulur, yanvarın 24-dən etibarən isə ənənəvi olaraq Qış Teatrında təşkil olunan və Rusiyanın Birinci kanalı ilə göstərilən final konsertinin çəkilişləri olacaq.