Fransa milli komandasının baş məşqçisi Didye Deşam “France Football” nəşri tərəfindən mükafatlandırılıb.
YeniAvropa xəbər verir ki, milli komandanı Rusiyada keçirilən dünya çempionatında qalib edən mütəxəssis Fransada 2018-ci ilin ən yaxşı məşqçisi seçilib.
Qeyd edək ki, daha əvvəl D.Deşam Beynəlxalq Futbol Federasiyası (FIFA) tərəfindən də ilin ən yaxşı məşqçisi seçilmişdi.