Yanvarın 7-də “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.
YeniAvropa klubun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlayıb. İyirmi doqquz yaşlı qolkiper 30 nömrəli formanı geyinəcək.
Bunadək “Bakı”, AZAL, “Qəbələ” klublarında çıxış etmiş A.Məmmədov 2015-2016-cı illərdə “Neftçi”nin qapısını qoruyub. O, Azərbaycanın əsas və U-21 yığma komandalarının üzvü olub.
Qeyd edək ki, bundan əvvəl “Neftçi” klubu mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə imzalayıb.