logo

Adriano Çelentanonun “əkiz”i Bakıda konsert proqramı ilə çıxış edəcək

18:27 02-01-2019 | icon 7434
Adriano Çelentanonun “əkiz”i Bakıda konsert proqramı ilə çıxış edəcək

Dünyada trend olan “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında çıxış edəcək.YeniAvropa xəbər verir  ki, bu barədə saraydan  verilən məlumatda bildirilib. Qeyd edilib ki, Maurizio Schveizer məhşur  italyan aktyoru və müğənnisi Adriano Çelentanonun “rəsmi əkiz”idir. 

"Odur ki, bu şou sevimli sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şans yaradır.“Celentano Tribute Show” tamaşaçıları o qədər heyran edir ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etmirlər. Bu günlərdə sənətkarın özü çox nadir hallarda çıxış edir, doğma ölkəsinin hüdudlarından kənara çıxmır. Bu təkrarsız şou sizə Adriano Çelentanonun konsertində olduğunuzu hiss etdirəcək.Şou-konsert öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilir. Onun bütün kostyumları Çelentanonun kostyumlarının tam eynisi olur",-deyə saraydan bildirilib.

Qeyd edək ki, istedadı və böyük əməyi sayəsində Maurizio öz məhşur əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir.