logo

Bu il üç dəfə Günəş tutulması baş verəcək

18:17 11-01-2018 | icon 3493
Bu il üç dəfə Günəş tutulması baş verəcək

Bu il üç dəfə Günəş tutulması (qismən tutulma) baş verəcək. Onlardan ikisi cənub, biri isə şimal yarımkürəsini əhatə edəcək. YeniAvropa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasın a istinadla bildirir ki,  fevralın 15-də Bakı vaxtı ilə saat 22:55-dən 02:47-dək baş verəcək Günəş tutulması Sakit və Atlantik okeanı hövzələri, həmçinin Cənubi Amerikanın cənub hissəsini və Antarktidanı əhatə edəcək. İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrində, eləcə də Avstraliyanın cənub hissəsində və Antarktidada müşahidə ediləcək. Avqustun 11-də Bakı vaxtı ilə 12:02-dən 15:30-dək baş verəcək Günəş tutulması isə Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.