logo

Azərbaycan və Qazaxıstanın universitetləri arasında ikili diplom müqaviləsi imzalanıb

19:15 20-11-2018 | icon 4676
Azərbaycan və Qazaxıstanın universitetləri arasında ikili diplom müqaviləsi imzalanıb

 Qazaxıstanın Atıraus Neft və Qaz Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-dan YeniAvropa-ya  bildirilib ki, universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov AzTU-nun son nailiyyətlərindən, beynəlxalq əlaqələrindən danışıb.

Atıraus Neft və Qaz Universitetinin biznes iqtisadiyyatı və informasiya texnologiyaları fakültəsinin dekanı, professor Akmaral Jalqasbayeva təmsil etdiyi universitetin fəaliyyəti haqqında məlumat verib və hər iki ali məktəbdə tədris olunan ixtisasların imkanlarını diqqətə çatdırıb.

Görüşdə hər iki ali təhsil müəssisəsində tədris olunan ixtisaslar üzrə əməkdaşlığın mümkün şərtləri müzakirə olunub.

Daha sonra hər iki universitet arasında ikili diplom müqaviləsi imzalanıb.