logo

Dövlət qulluğuna daxil olmaq istəyənlər üçün sınaq imtahanı verirlər

10:50 20-10-2018 | icon 4074
Dövlət qulluğuna daxil olmaq istəyənlər üçün sınaq imtahanı verirlər

Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən YeniAvropa-ya bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə keçirilən sınaq imtahanı saat 10:00-da başlayıb.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Xatırladaq ki, sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.