logo

Bu il Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə 37 milyon dollar xərclənəcək

12:52 08-04-2024 | icon 2737
Bu il Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə 37 milyon dollar xərclənəcək

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə dair xərclər 2023-cü ildə 32,2 milyon dollar olub.

YeniAvropa xəbər verir ki, bu barədə sözləri BMT-nin ölkə üzrə Rezident Əlaqələndiricisi Vladanka Andreeva “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

Onun sözlərinə görə, bu resursların 59 faizi daha güclü təsisatlara, 21 faiz inklüziv inkişafa və 3 faizi gender bərabərliyinə xərclənib.

“Biz birgə 2024-cü il üzrə əsas fəaliyyətləri təmin etməyə çalışırıq. Cari ildə DİM-lərə dair xərclər 37 milyon dollar təşkil edəcək”, - deyə BMT-nin ölkə üzrə Rezident Əlaqələndiricisi əlavə edib.