logo

Ukrayna Rusiyanın “Sezar Kunikov” böyük desant gəmisini məhv edib

16:25 14-02-2024 | icon 1449
Ukrayna Rusiyanın “Sezar Kunikov” böyük desant gəmisini məhv edib

Ukraynanın Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələri bu gün səhər Qara dənizdə Rusiyanın “Sezar Kunikov” böyük desant gəmisini məhv edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri ilə birgə işğalçıların böyük desant gəmisini - “Sezar Kunikov”u məhv ediblər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, gəmi məhv edilən anda Ukraynanın ərazi sularında, Alupka yaxınlığında olub.