Rəsmi Bakı Fransanı Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa çağırdı
Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı "Frans-Press" Agentliyinin sualını cavablandırarkən bildirib.
“Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin dekabrın 4-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.
Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.
Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq”, - deyə Ayxan Hacızadə qeyd edib.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb