logo

İraqa vizanı birbaşa sərhəd-keçid məntəqələrində ala biləcəyik

20:20 09-01-2024 | icon 2506
İraqa vizanı birbaşa sərhəd-keçid məntəqələrində ala biləcəyik

Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilərlər.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar İraqın daxili işlər naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, İraqa səfər edən Azərbaycan vətəndaşları hava limanında viza alıb ölkəyə daxil ola bilərlər.