Zəngilan və Qubadlıda 4 seçki məntəqəsi fəaliyyət göstərəcək
Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi Zəngilan və Qubadlı rayonlarında 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 4 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yerləşir.
YeniAvropa xəbər verir ki, bu barədə Dairə Seçki Komissiyasının sədri Əli Mönsümov məlumat verib. Bildirib ki, dairə üzrə Zəngilan və Qubadlı rayonlarında yerləşən seçki məntəqələrində səsvermə prosesinə hazırlıq işləri gedir. Məntəqələrdən biri Zəngilanın Ağalı kənd tam orta məktəbində yerləşən 33 saylı seçki məntəqəsidir. Bu günə qədər həmin məntəqə üzrə 994 seçici qeydə alınıb ki, onlardan da səsvermə hüququ olan 603 nəfər Ağalıda məskunlaşan sakinlərdir. Kənd üzrə ilk dəfə səsvermədə iştirak edənlərin sayı isə 31 nəfərdir. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlüdür.
Əli Mönsümovun sözlərinə görə, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə iştirak edə biləcəklər. Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün fəaliyyət göstərəcək digər seçki məntəqəsi Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı məntəqədir. Bu günədək məntəqə üzrə 570 nəfər seçici qeydə alınıb. Üçüncü seçki məntəqəsi isə Ağbənd qəsəbəsindəki 62 saylı seçki məntəqəsidir və burada 561 seçicinin qeydiyyatı aparılıb.
125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə fəaliyyət göstərəcək seçki məntəqəsi isə Xanlıq kəndi ərazisində yerləşən 63 saylı seçki məntəqəsidir və bu günədək məntəqə üzrə 1466 seçici qeydiyyata alınıb.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb