logo

MSK-da 14,5 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

16:56 09-01-2024 | icon 763
MSK-da 14,5 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

Prezident seçkiləri ilə əlaqədar indiyədək qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının(MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.