logo

Paşinyan XİN-də Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

14:32 09-01-2024 | icon 707
Paşinyan XİN-də Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin xarici işlər nazirliyində (XİN) görüş keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda sülh və sabitlik, təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Bölgədə sülhün təmin edilməsinə yönəlmiş səylər, həmçinin Azərbaycanla münasibətlərin normallaşması prosesi müzakirə edilib.

Baş nazir diplomatları mövcud vəziyyət, ölkənin xarici siyasət kursundakı dəyişikliklər, tərəfdaş ölkələrlə ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumatlandırıb.