logo

MSK sədri:17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

11:55 08-01-2024 | icon 2660
MSK sədri:17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib

Bu günə qədər 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, təsdiqlənmiş namizədlərdən 7-si imza vərəqələrini MSK-ya qaytarıb.

Həmin şəxslərdən 3–nün prezidentliyə namizədliyi artıq qeydə alınıb. Dörd nəfərin təqdim etdiyi sənədlər yoxlanılıb başa çatdırıldıqdan sonra onların qeydə alınma məsələlərini də gündəliyə çıxaracağıq.