logo

Mübariz Qurbanlı ordenlə təltif edilib

14:34 07-01-2024 | icon 742
Mübariz Qurbanlı ordenlə təltif edilib

Prezident İlham Əliyev  yanvarın 7-də Mübariz Qurbanlının ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, bu gün Mübariz Qurbanlının 70 yaşı tamam olub. 

Mübariz Qurbanlı 7 yanvar 1954-cü ildə Şəmkir rayonunda anadan olub. 

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. O, 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasının həmsədri olub. Daha sonra siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasında davam etdirib. YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü , partiyanın icra katibinin müavini olub.

Mübariz Qurbanlı Azərbaycan Respublikası Milli Məclisinin I, II, III, IV çağırış deputatı olub.

21 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.