logo

Sinoptiklərdən güclü külək  xəbərdarlığı

19:29 05-01-2024 | icon 749
Sinoptiklərdən güclü külək  xəbərdarlığı

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr, arabir 23-28 metr olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 metrədək güclənəcəyi gözlənilir, günün ikinci yarısından isə zəifləyəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin sürəti saniyədə 15-20 metr, arabir 23-28 metr, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 metrədək güclənəcəyi gözlənilir.