logo

Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir-Siyavuş Novruzov

11:55 28-12-2023 | icon 903
Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir-Siyavuş Novruzov

Maaş ayın axırına çatmır, deputatların çoxu kreditdədir. Nə 12-ci, nə 13-cü əməkhaqqı var. Ancaq deputatın aylıq əməkhaqqısıdır. İldə 3 dəfə mükafat alırdıq, bunlar da ləğv olundu.

YeniAvropa xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov "Müsavat TV"nin canlı efirində bildirib.

Deputatların əməkhaqlarından danışan millət vəkili əlavə edib ki, onlar hazırda təxminən 5 min manata yaxın maaş alırlar: “Bu maaş da tək bizim deyil. Gündə nə qədər insan qəbul edirik. Biri dərman puluna, biri yemək puluna, biri təhsilhaqqına gəlir. Elə olur ki, heç maaş ayın axırına çatmır. Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil. Eləsi var kirayədə yaşayır, kirayəhaqqını çatdıra bilmir. Deputatların əksəriyyəti kreditdədir”.