logo

Ədliyyə orqanlarında işləmək istəyənlər test imtahanı veriblər

19:20 20-12-2023 | icon 791
Ədliyyə orqanlarında işləmək istəyənlər test imtahanı veriblər

Dekabrın 20-də Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

Mərkəzdən YeniAvropa-ya bildirilib ki, imtahan vermək üçün namizədliyi qeydiyyatdan keçmiş 130 nəfərdən 14-ü nəfər imtahana gəlməyib. İmtahanda 55 və daha çox bal toplamış 65 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.