logo

Dünya çempionatı: Azərbaycan millisi bu gün Misirlə qarşılaşır

12:52 29-10-2023 | icon 1701
Dünya çempionatı: Azərbaycan millisi bu gün Misirlə qarşılaşır

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma Misir seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İrakı 2:0 hesabı ilə üstələyib. Milli komanda növbəti oyununu oktyabrın 31-də Küveytə qarşı keçirəcək.