“Qızlara ağ yaraşır” Qran-Pri mükafatı qazandı
“Azercell” və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası “Ad Black Sea” festivalının Qran-Pri mükafatına layiq görülüb. Layihə bu ilin Qran-Prisi ilə yanaşı, həm də “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl, bir neçə digər nominasiyada isə gümüş və bürünc mükafatlar qazanıb.
“Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyi isə festivalın “ən yaxşı agentliyi” mükafatına layiq görülüb. 10 ölkədən 301 iştirakçının 13 kateqoriya üzrə yarışdığı festivalda “Qızlara ağ yaraşır” toplam 13 kateqoriyanın 6-sı üzrə laureat olub:
1. Festivalın 2023-cü il üçün Qran-Pri mükafatı
2. “Dayanıqlı PR kampaniyası” nominasiyasında – qızıl mükafat
3. “Korporativ məqsədlər və sosial məsuliyyət” nominasiyasında – gümüş mükafat
4. “Dayanıqlı inkişaf məqsədləri çərçivəsində əhali” nominasiyasında – gümüş mükafat
5. “İnteqrasiya olunmuş reklam kampaniyası” nominasiyasında – bürünc mükafat
6. “Televiziya və Film” nominasiyasında – bürünc mükafat
“Azercell Telecom” MMC-in prezidenti Zərinə Zeynalova bildirib ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası sadəcə idmana aid proqram deyil: “Bu layihə “Azercell”in Azərbaycanda qızların idmanda, təhsildə və həyatda uğur qazana bilmələri üçün daha da parlaq gələcəyin yaradılmasına sərmayədir. Çünki bizim qızlar gələcəyin liderləri və rol modelləridirlər. Azərbaycanın gələcəyinə hədəflənmiş layihənin beynəlxalq səviyyədə tanınması və Qran-Priyə layiq görülməsi bizi sevindirir və yeni-yeni layihələrə ilhamlandırır”, - deyə Z.Zeynalova vurğulayıb.
“Bu cür əhəmiyyətli bir yaradıcılıq festivalında artıq bir Azərbaycan qurumu, sponsor tərəfdaş və eləcə də reklam tərəfdaşı agentliyi ilk dəfə festivalın əsas Qran-Pri mükafatına, “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl mükafata və çoxsaylı gümüş və bürünc mükafatlara layiq görülüb və sosialyönümlü problemlərin həllində dövlət-özəl tərəfdaşlığının bariz nümunəsini yaradıb. Bu bizi çox qürurlandırır, həmçinin gələcək nailiyyətlərə motivasiya edir”, – deyə federasiyanın Baş katibi Rəşad Rəsullu bildirib.
“Azercell Telekom” MMC-in Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.
“Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.
“Qızlara ağ yaraşır” yerli mediada da maraq doğuran və trendə düşmüş kampaniyalardan biridir:
Layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin qızları cüdoya yazdırmaq üçün:
“Ad Black Sea” 2015-ci ildən Gürcüstanda keçirilən festivaldır. 14-16 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən bu festivalda sənayenin aparıcı simaları kreativ ideyalar paylaşıb, reklam və marketinq trendlərini müzakirə ediblər. Builki festivalda Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələr olmaqla 10 ölkə iştirak edib. 301 iştirakçı 13 kateqoriya üzrə Almaniya, Peru, Sinqapur, Braziliya, Bolqarıstan, Polşa, Gürcüstan, Türkiyədən olan jüri üzvlərinin iştirak etdiyi səsvermə prosesində güclərini sınayıb.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb