logo

Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib

12:12 26-09-2023 | icon 1169
Nazirlər Kabineti gələn ilin büdcə layihəsini bəyənib

2024-cü ilin dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq bəyənilib.

Maliyyə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, bu barədə baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib və yekun qərarın əks olunduğu layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Qərara əsasən, Maliyyə Nazirliyinin ilkin açıqladığı dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 408,0 milyon manat artırılıb və müvafiq olaraq gəlirlər 34173,0, xərclər isə 36763,0 milyon manata çatdırılıb.