logo

Sabah Bakıda qida standartlarıilə bağlı beynəlxalq konfrans keçiriləcək

11:11 13-09-2023 | icon 1589
Sabah Bakıda qida standartlarıilə bağlı beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 14-də Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir öz işinə başlayacaq.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumamta görə, 15-ə yaxın ölkənin nümayəndəsinin iştirakı ilə keçiriləcək tədbirdə ölkəmizin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu təşkilatların ümumilikdə 60-dan çox nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin birgə təşkilatçılığı ilə paytaxt Bakıda keçiriləcək nüfuzlu beynəlxalq tədbir əlamətdar tarixə təsadüf edir. Belə ki, 2023-cü ildə Qida Təhlükəsizliyi Agentliyi 5, Kodeks Alimentarius (Qida Kodeksi) 60 illik yubileyini qeyd edir. Avropa və Mərkəzi Asiya regionunun Kodeks və qida təhlükəsizliyi sahəsində fəal tərəfdaşları bu əlamətdar ili qeyd etmək məqsədilə ikigünlük yüksək səviyyəli konfransı birlikdə təşkil ediblər.

Beynəlxalq tədbir zamanı qida təhlükəsizliyi standartları diqqət mərkəzində saxlanılacaq, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə ediləcək və “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçiriləcək.