logo

"Azərsun"un daha 62 ton yararsız məhsulu məhv edilib

11:11 05-09-2023 | icon 1330
"Azərsun"un daha 62 ton yararsız məhsulu məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA0 istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında ümumi çəkisi 62,1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Xatırladaq ki, “Sun Food” MMC "Azərsun Holdinq"in strukturuna daxildir.