logo

Cari ildə Azərbaycanda 17,7 milyon ton neft hasil edilib

15:15 11-08-2023 | icon 2548
Cari ildə Azərbaycanda 17,7 milyon ton neft hasil edilib

Bu ilin yanvar-iyul ayları üzrə ölkədə 17,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, neft hasilatının 10,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 milyon ton təşkil edib.

Hesabat dövründə 14,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 13,2 milyon tonu konsorsium, 1,7 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il avqustun 1-dək 620,3 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 577,5 milyon ton neft, “Şahdəniz”dən isə 42,8 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 618,4 milyon tonu ixraca nəql edilib.

2023-cü ilin 7 ayı üzrə ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.