logo

Afina-Bakı aviareysinə başlanılır

17:32 09-08-2023 | icon 1792
Afina-Bakı aviareysinə başlanılır

Yunanıstanın ən böyük aviaşirkəti - “Aegean Airlines” gələn aydan Afina-Bakı-Afina marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, reyslər sentyabrın 29-dan etibarən həyata keçiriləcək və bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Birtərəfli biletlərin qiyməti 118 avrodan başlayacaq.