Azərbaycan Pakistanda neft emalı zavodu tikməyi planlaşdırır
Energetika nazirinin müavini Kamal Abbasov və nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İslamabad şəhərində keçirilən “Pakistan Mineral İnvestisiya Sammiti: “Tozdan İnkişafa” adlı beynəlxalq tədbirdə iştirak edib.
Energetika NazirliyindənYeniAvropa-ya bildirilib ki, “Faydalı qazıntılar sənayesinin inkişafı və dayanıqlı idarəetmə” adlı nazirlər sessiyasında çıxış edən nazir müavini Azərbaycanın neft-qaz sənayesinin inkişafı, hasilat həcmləri, ixrac dinamikası və gələcək planlar haqqında məlumat verib, ölkəmizin qlobal yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə töhfələrindən danışıb.
Ortaq tarix, mədəniyyət və din, həmçinin həmrəylik və qarşılıqlı dəstək əsasında qurulub, hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan münasibətlərini vurğulayan nazir müavini əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən enerji sahəsində genişləndirilməsi üçün perspektivlərin olduğunu bildirib.
Çıxışda Azərbaycan Respublikası və Pakistan İslam Respublikası Hökumətləri arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişə diqqət çəkilib və sənədin imzalanmasından ötən dövr ərzində SOCAR-ın Pakistanda LNG tədarükü istiqamətində etibarlı təchizatçı kimi fəaliyyəti vurğulanıb. Qısa zaman öncə LNG tədarükü sahəsində imzalanmış Sazişin bu istiqamətdə böyük imkanlar yaratdığı qeyd edilib.
O da vurğulanıb ki, Azərbaycan Pakistana neft-kimya məhsulları və karbamid gübrəsi də tədarük edir və yaxın gələcəkdə ixracın həcmi genişləndirilə bilər. Bundan əlavə bildirilib ki, ölkələrin müvafiq qurumları arasında Pakistanda yeni neft emalı zavodunun tikintisi üzrə mümkün əməkdaşlıqla bağlı müzakirələr davam etdirilir. Pakistanda neft-qaz strukturlarının kəşfiyyatı, həmçinin mədənçıxarma sektorunda müvafiq şirkətlərlə əməkdaşlıq imkanlarının olduğu da qeyd edilib.
Sammitdə təbii ehtiyatların idarə olunması, səmərəli istifadəsi, qlobal təchizat zəncirində təhlükəsiz təminatı ilə yanaşı mədənçilik sektorunda investisiya imkanlarına dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu ölkənin Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüşüb. Bir sıra digər ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
İlham Əliyev bir sıra ada dövlətlərinin rəsmilərini qəbul edib
Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi açılır
AQTA “Keşlə” bazarında nöqsanlar aşkarlayıb
Rüşvət alan daha bir SHXÇDX əməkdaşı həbs edilib
"Şahdağ"a qar yağır
Azərbaycanda 9 mindən artıq "SPİD" xəstəsi qeydiyyatdadır
Əhməd Əhmədov 5 ailə üzvünü öldürərkən anlaqsız vəziyyətdə olub
Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransına 2 gün qalıb
İlham Əliyev Millətlər Birliyi təşkilatının baş katibini qəbul edib
Bir sıra birinci instansiya məhkəmələrinin hakimləri təyin edilib
Sabah Bakıda yağış yağacaq , bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Bakıda Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcək
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqdan danışıb
İlham Əliyev Köndələnçay su anbarının açılışında iştirak edib
Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir
Sabah Bakıda 24° isti olacaq
Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığı müzakirə edilib
Baş Prokurorluqdan Mehman Xəlilovun cinayət işi üzrə açıqlama
“Təmiz ölkəm”-maarifləndirici təmizlik aksiyalarına başlanılır-Sabahdan
"BP"nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
3 ayda “Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 11,4 % azalıb
Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək
I rübdə “Şahdəniz”dən 7 milyard kubmetr qaz hasil edilib