logo

Pirallahı Sənaye Parkına daha 30 milyon manat investisiya yatırılacaq

11:55 31-07-2023 | icon 1022
Pirallahı Sənaye Parkına daha 30 milyon manat investisiya yatırılacaq

Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Sənaye Parkında investisiya kapitalı 66 milyon manatdan artıq 6 sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, Sənaye Parkına 36 milyon manatdan çox investisiya yatırılıb, burada 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib. Mövcud layihələr üzrə 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.