Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Salyan rayon Polis Şöbəsinə rayonun Arbatan və Kürqaraqaşlı kəndləri ərazisində yerləşən qəbiristanlıqlarda iki qəbrin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və hadisəni törədənlərin müəyyən edilərək saxlanılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin Abşeron rayon sakinləri Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılaraq Salyan RPŞ-nə gətiriliblər.
İlkin dindirilmə zamanı hər üç şəxs törətdikləri əməli etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında rayonun Arbatan kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarı qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək bu səfər başqa bir məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.
Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib
Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir
Azərbaycan nefti 100,11 dollara satılır
"Azercell" şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində
Moldovanın Avropa İttifaqına üzvlük planı ictimai müzakirəyə çıxarılıb
Qarabağ bölgəsində döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir
Bakıda növbəti “Baku Fintech-2023” forumu keçiriləcək
İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik
Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib-DTX
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilib
Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq-İlham Əliyev
Rusiya sülhməramlılarının Qarabağda qalması məsələsini Bakı ilə müzakirə edəcək-Kreml
Bakıda Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən sərgi açılacaq
Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi
2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb-İlham Əliyev
“Azercell Telekom” MMC yeni iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir
Ölkədə quraşdırılan yeni nəsil nəzarət-kassa aparatlarının sayı açıqlanıb
İlham Əliyev Zəngilanda Şəhərsalma Forumunda çıxış edib
Sabah Bakıda qısamüddətli yağış yağacaq.28° isti olacaq
Düşənbədə Azərbaycan və Tacikistan baş nazirlərinin görüşü olub
Qarabağda mülki obyektlərdə külli miqdarda silah-sursat aşkar edilib
Azərbaycan və Türkiyə nümayəndə heyətləri Naxçıvanda görüşüblər
Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn edilib
Sahibə Qafarova Dublində fransalı həmkarı ilə görüşüb
Naxçıvanın elektroenergetika sistemi yenidən qurulacaq