logo

Daxili Qoşunların hərbçisi təlim zamanı ehtiyatsızlıqdan həlak olub

18:18 30-05-2023 | icon 1127
Daxili Qoşunların hərbçisi təlim zamanı ehtiyatsızlıqdan həlak olub

Daxili Qoşunların hərbçisi təlimdə silahla ehtiyatsız davranması nəticəsində həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.