logo

Geomaqnit qasırğası gözlənilir

13:33 30-05-2023 | icon 1169
Geomaqnit qasırğası gözlənilir

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, mayın 30-dan iyunun 4-dək C sinif alışmanın baş vermə ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif isə 10 faiz təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin yüksələrək S1 səviyyəli radiasiya qasırğasının baş vermə ehtimalı var. Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə mayın 31-dən iyunun 1-dək aktiv olacağı, iyunun 1-dən 4-dək isə geomaqnit qasırğası (G1) gözlənilir.