logo

Piyadanı öldürüb hadisə yerindən qaçan “KİA”nın sürücü saxlanılıb

12:12 05-04-2023 | icon 959
Piyadanı öldürüb hadisə yerindən qaçan “KİA”nın sürücü saxlanılıb

Bakıda piyadanı vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 1-də saat 23 radələrində Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Elyaz İsmayılov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Famil Səmədov saxlanılıb.