Ceyhun Bayramov İsrail prezidenti ilə görüşüb
Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində prezident İsxak Hersoq tərəfindən qəbul edilib.
YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, təhsil, yüksək texnologiyalar, kibertəhlükəsizlik və digər sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edərək, münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmasların mühüm rol oynadığını qeyd edib.
2021-ci ildə Azərbaycanın İsraildə ticarət və turizm nümayəndəliklərinin, 2023-cü ildə isə Azərbaycanın İsraildə səfirliyinin açılmasının iki ölkə arasında münasibətlərin inkişafının göstəricisi olduğu diqqətə çatdırılıb.
Azərbaycan və İsrail arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin və yüksək səviyyəli səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistanın törətdiyi hərbi-siyasi təxribatlar, öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub. Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəaliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib.
Prezident İsxak Hersoq İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bu gün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq