logo

"Azərsu" içməli suyun qiymətini artırmaq istəyir

15:55 10-03-2023 | icon 1547
"Azərsu" içməli suyun qiymətini artırmaq istəyir

İçməli suyun qiymətinin gələcəkdə artırılması üçün "Azərsu" ASC təşəbbüslə çıxış etmək istəyir.

YeniAvropa xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

O bildirib ki, suyun maya dəyərinin aşağı olması cəmiyyətin rentabelli işləməsinə mane olur. Həmçinin digər su təchizatı sistemlərinin yenidən qurulması dövlət büdcəsinə yönəlir: "Tariflər dünyanın inkişaf eləmiş ölkərərinin tariflərinə uyğun olarsa, cəmiyyət rentabelli işləyər və öz gəlirini mərkəzləşmiş su təchizatı sistemi olmayan yerlərdə əhalinin təminatına yönəldə bilər".