ABŞ Dövlət Departamentinin rəsmiləri QMİ-də olublar
Martın 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ Dövlət Departamentinin Beynəlxalq dini azadlıqlar idarəsinin rəsmiləri - Xüsusi təyinatlar üzrə səfir müavini Karson Roker və Avropa və Mərkəzi Asiya üzrə müşavir Coanna Vulfsberq ilə görüşüb.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlət siyasəti olaraq həyata keçirilən multikulturalizm barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə dinlər və məzhəblərarası həmrəylik və qarşılıqlı ehtiram mühiti hökm sürür. Dünyaya model olaraq təqdim olunan bu dini-mənəvi harmoniya modelimiz beynəlxalq müstəvidə təqdir olunur. Beynəlxalq forum və platformalarda Azərbaycanın dinlərarası əməkdaşlıq modelindən bəhrələnirlər. Hazırda ölkəmizdə keçirilən X Qlobal Bakı Forumunun önəmi barədə danışan QMİ sədri Azərbaycan prezidentinin təşəbbüs və səyləri, müəllifi olduğu Bakı Prosesinin ideyaları əsasında ölkəmizin dinlərarası, mədəniyyətlərarası dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq tədbirlərə mütəmadi ev sahibliyi etdiyini, dünya miqyasında bu proseslərə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Dünyanın müxtəlif nöqtələrində dini dözümsüzlük, nifrət çağırışları, dindən siyasi məqsədlərlə sui-istifadə hallarının, ksenofobiyanın müxtəlif təzahürlərinin artma tendensiyasının müşahidə olunması təhlükəli haldır və qarşısının siyasi, ictimai və din xadimlərinin, habelə bütün sülhsevər və xoşməramlı insanların birgə səyləri ilə alınması zəruridir.
Avropada söz azadlığından istifadə edərək islamofobiya təzahürlərinə haqq qazandırılmasının qeyri-məqbul olmasını diqqətə çatdıran şeyxülislam Allahşükür Paşazadə dini atributların və müqəddəs saydıqlarımızın təhqiri, məscid, kilsə və sinaqoqlarda terror və yandırılma hallarının qəbuledilməz olduğunu xüsusi vurğulayıb.
Allahşükür Paşazadə Azərbaycandakı dini konfessiya rəhbərlərinin Məşvərət Şurasının fəaliyyəti barədə danışıb və bu Şuranın əsas fəaliyyət prioritetlərini vurğulayıb.
Qonaqlar Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin yenicə qayıtdıqları ABŞ-ın Yuta ştatına səfər barədə müsbət rəyləri xüsusi vurğulayıblar. Bildirilib ki, bu səfər Azərbaycanın dini icmalarının ABŞ-dakı dini icmalarla qarşılıqlı dialoq və əməkdaşlığı müstəvisində kifayət qədər maraqlı və səmərəli olub.
QMİ sədri və dini konfessiya rəhbərləri qonaqları maraqlandıran sualları cavablandırıblar. Qonaqlar əsasən, ölkəmizdəki dini icmaların qarşılıqlı əməkdaşlıq sahələri, xeyriyyəçilik fəaliyyəti, qadın, uşaq hüquqları və sair barədə suallarına cavablar alıblar.
Görüşün sonunda birgə foto çəkilib, qonaqlara xatirə hədiyyələri və Azərbaycandakı dini icmaların, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən kitab və fotoalbomlar təqdim olunub.
UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub
Nikol Paşinyan Moskvada Aİİ-nin yubiley sammitində iştirak edib
Rusiyanın Böyük Britaniyadakı hərbi attaşesi ölkədən qovulub
Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina etdi
Bolqarıstan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Rəcəb Tayyib Ərdoğan COP29-da iştiraka dəvət edilib
Ankarada Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir
Bolqarıstanla Azərbaycanı qarşılıqlı etimad əlaqələri birləşdirir-Rumen Radev
Xüsusi təyinatlılarımız Türkiyədə beynəlxalq təlimlərdə iştirak edirlər
Azərbaycan ötən il Bolqarıstana 1,2 milyard m3 qaz ixrac edib
Ankarada Əli Əsədovla Cevdet Yılmazın təkbətək görüş keçirilib
İlham Əliyevlə Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycanla Bolqarıstan arasında 4 sənəd imzalanıb
Sabah Bakıda 24° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək,qar yağacaq
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Bakıda ICESCO-nun nazirlər konfransı keçiriləcək
İlham Əliyevin Rumen Radevlə təkbətək görüşü olub
Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək
UEFA Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək
Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
“Eurovision-2024” təmsilçilərimiz mübarizəni yarımfinalda dayandırıblar
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb