logo

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

20:20 13-02-2023 | icon 1421
Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib. 

İndiyədək ölkədə ümumilikdə 828 min 235 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 986 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 150 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 879, bu günə qədər isə ümumilikdə 7 milyon 505 min 997 test icra olunub.