logo

Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır

15:15 31-01-2023 | icon 1064
Sabahdan ipoteka kreditləri üzrə ərizə qəbuluna başlanır

Fevralın 1-i saat 10:00-dan Azərbaycanda adi ipoteka kreditləri, fevralın 2-si saat 10:00-dan isə güzəştli ipoteka kreditləri üzrə müraciətlərin yenidən qəbuluna başlanılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə İpoteka, Kredit və Zəmanət Fondundan bildirilib.Qeyd edilib ki, “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əlavə tədbirlər görülüb. İpoteka kreditlərinin verilməsi şərtləri və güzəştli ipoteka kreditlərindən faydalana biləcək şəxslərin siyahısı barədə məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.