Goranboyda mal-qara oğurlayan dəstə üzvləri saxlanılıb
Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olan və Goranboy rayon Veyisli kəndində yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və Cavid Hüseynov ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda buynuzlu mal-qaranı oğurlayıb. Bundan başqa, B.Zeynallı və S.İbrahimovun həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı da oğurlaması müəyyənləşib. Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onların Tərtər rayon sakinləri Samid Vəliyev və Bəhruz Alıyev ilə razılaşıb oğurladıqları mal-qaranı sonunculara satması da məlum olub.
Bundan başqa, şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 300 manat dəyərində 30 ədəd dəmir dirəkləri oğurlamaqda şübhəli bilinən Rövşən Qasımov, 680 manat dəyərində plastik su borusunu oğurlamaqda şübhəli bilinən İsmət Məmmədov və vətəndaşın evindən 170 manat nağd pulu oğurlamaqda şübhəli bilinən Mehdi Sərdarov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq