logo

Partiya sədrinin evindən 10 min manatlıq qızıl əşyalar oğurlandı

16:48 07-08-2018 | icon 3731
Partiya sədrinin evindən 10 min manatlıq qızıl əşyalar oğurlandı

Azərbaycan Aydınlar Partiyasının sədri, professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

YeniAvropa xəbər verir  ki, paytaxtda F.İbrahimbəyov küçəsi, 12 ünvanında yaşayan Q.Əlibəyli oğurluq hadisəsi ila bağlı özü Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.

Partiya sədrinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Faktla bağlı araşdırma aparılır.