logo

İrandan Azərbaycana 2 kq qızıl əşya çekirən Yardımlı sakini yaxalanıb 

14:44 26-12-2022 | icon 1134
İrandan Azərbaycana 2 kq qızıl əşya çekirən Yardımlı sakini yaxalanıb 

Dekabrın 24-də saat 02:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində bir nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

DSX-nın mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb. Saxlanılan şəxsin Yardımlı rayonunun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar olunaraq götürülüb.

Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.