logo

Bakıda Azərbaycan-Tatarıstan biznes forumu keçirilib

15:51 29-11-2022 | icon 1652
Bakıda Azərbaycan-Tatarıstan biznes forumu keçirilib

Noyabrın 29-da Bakıda Azərbaycan-Tatarıstan biznes forumu keçirilir.

YeniAvropa xəbər verir ki, baş nazirin müavini Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışıb. Bildirib ki, ötən il Azərbaycan ilə Tatarıstan arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 25,8 faiz artaraq 70,3 milyon dollara çatıb. Bu ilin yanvar-iyun aylarında hər iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edib və 59,7 milyon dollar olub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda keçirilən Azərbaycan-Tatarıstan biznes forumunun iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.