logo

Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

15:55 19-11-2022 | icon 2660
Azərbaycanda daha 34 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 721 nəfər müalicə olunaraq sağalıb, 9 min 972 nəfər vəfat edib. Aktiv xəstə sayı 230 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 84, bu günə qədər isə ümumilikdə 7 milyon 355 min 336 test icra olunub.